02 May 2024
Macarıstan sərhədləri yenidən bağlayır

Macarıstan sərhədləri yenidən bağlayır

04 Sentyabr 2020
Baxış: 1236

Budapeşt koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq olunmasını elan edib. AJM xəbər verir ki, Baş Nazirin dəftərxana ofisinin rəhbəri Gergey Quyaş bunun “Avropada ikinci koronavirus dalğasının güclənməsi” ilə əlaqədar olduğunu söyləyib. Onun sözlərinə görə, hətta bugünkü COVID-19-a yoluxanların nisbətən yüksək rəqəmləri hələ o dərəcədə həyəcanverici sayıla bilməz, çünki epidemiya yayılmaqda davam edir. Koronavirus infeksiyası daha çox xaricdən yayılır və ən böyük risk onun iqtisadiyyat, iş yerləri və tədris ilinin başlanması üçün yaratdığı təhlükədir.

Gergey Quyaş bildirib ki, operativ qrup, həmçinin sərhəd keçidinə dair tövsiyələrini verib. Macarıstan pandemiyanın birinci dalğasında tətbiq olunmuş qaydalarına qayıdır. Bu aydan etibarən əcnəbilər Macarıstana yalnız “zəruri hallarda” daxil ola biləcək. Xaricdən gələn Macarıstan vətəndaşları üçün 14 günlük ev karantini və ya iki mənfi koronavirus testi məcburi olacaq.

Teqlər: Macarıstan