03 May 2024
Lukaşenko futbol üzrə Belarus millisini tənqid etdi

Lukaşenko futbol üzrə Belarus millisini tənqid etdi

03 Sentyabr 2021
Baxış: 643

Belarus Prezidenti Aleksandr Lukaşenko “Dinamo-Minsk” klubunun uşaq-gənclər futbol mərkəzinin açılışı zamanı ölkə futbolunun mövcud vəziyyətini tənqid edib.

AJMEDİA.İNFO xəbər verir ki,“futbolçuların bu gün nümayiş etdirdiyi bu miskin vəziyyətə baxmaq yolverilməzdir. Mən federasiya rəhbərinə sual verdim. Ümumiyyətlə, niyə dünən gənclər komandasını futbol meydanına buraxmışdılar? Onların futbol oynamaq niyyətləri yox idi. Yadınızda saxlayın: bu sizin üçün yaxşı dərs olsun”, - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, ötən gün Belarus millisi Çexiya yığmasının qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. “BelTA”