05 May 2024
Liviyanın Baş Naziri Türkiyəyə səfər edəcək

Liviyanın Baş Naziri Türkiyəyə səfər edəcək

03 İyun 2020
Baxış: 474

Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərracın Türkiyəyə səfəri gözlənilir.

AJM-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanal-24-ə bildirib.

M. Çavuşoğlunun sözlərinə görə, Baş Nazirin səfəri zamanı Liviya münaqişəsinin siyasi yolla həlli istiqamətində danışıqlar aparılacaq.

Nazir bildirib ki, Liviya Baş Nazirinin müavini və Xarici İşlər nazirinin isə Rusiyaya səfəri gözlənilir.

“Türkiyə Liviyada sülhün və sabitliyin bərqərar olmasına tərəfdardır. Türkiyənin heç kimin torpağında gözü yoxdur və heç bir dövlətin daxili işlərinə müdaxilə etmir. Biz ancaq Aralıq dənizindəki maraqlarımızı qoruyuruq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Teqlər: Liviya