02 May 2024
Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb

Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb

27 May 2020
Baxış: 413

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1647 nəfərə olub.

AJM xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı vaxtdan bəri ölkədə 281 min 232 nəfər müayinə edilib.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6174 test aparılıb. Ölkədə COVID-19-dan 66 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1184 nəfər təşkil edib. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Teqlər: Litva