02 May 2024
“Lazım gələrsə, İranla döyüşməyə hazırıq...” – Milli Məclisdə gərgin atmosfer

“Lazım gələrsə, İranla döyüşməyə hazırıq...” – Milli Məclisdə gərgin atmosfer

04 Aprel 2023
Baxış: 450

"Güllə atan olsa, 90-cı illərdəki kimi qaçıb gizlənməyəcək".

AJMEDİA.İNFO xəbər verir ki, bunu deputat Siyavuş Novruzov deyib. Millət vəkili lazım gələrsə, İrana qarşı döyüşə hazır olduğunu da bildirib:

"Həzrət Əlinin bir sözü var, əqidəsi olmayan insanın inancı da olmaz. Terror aktını törədənlərin də nə əqidəsi var, nə inancı. Əgər terror aktı ilə gözümüzü qorxutmağa çalışırlarsa, səhv edirlər, Bizim üzərimizə çox qoşun gəlib. Bu gün Azərbaycan xalqı ulu öndərin qoyduğu xətt, Prezidentin apardığı siyasət sayəsində rahat nəfəs alır. Xaricdə oturanlar sevinməsinlər ki, insanlarımızın fikirlərini qarışdıra biləcəklər. Biz lazım gələrsə, İranla döyüşməyə hazırıq. İran və digər dövlətlərin əlaltılarına xəbərdarlıq edirik ki, bizim kifayət qədər gücümüz, qüvvəmiz var".(sfera.az)