03 May 2024
Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələndi

Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələndi

04 Noyabr 2021
Baxış: 773

Kürdəmirdə reyd zamanı “Muradxan” şadlıq sarayı cərimələnib.

AJMEDİA.İNFO xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 pandemiyasına qarşı tədbirlər planına uyğun olaraq rayon ərazisində karantin rejiminin qaydalarını pozanlara qarşı reyd keçirib.

Bu dəfə polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən “Muradxan” şadlıq sarayında keçrilən toy zamanı zalda qonaqların sayının 150-dən çox olduğunu aşkarlayıblar.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şadlıq sarayının rəhbərliyi karantin qaydalarına riayət etmədiyi məlum olub. Buna görə də şadlıq sarayının rəhbərliyi inzibatı xətalar məcəlləsinin müvafiq bəndinə əsasən 4 000 manat cərimə olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində reydlərini davam etdirirlər.