03 May 2024
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

11 Oktyabr 2021
Baxış: 766

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki,hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 27 yaşlı Xıdırov Elçin Bayram oğlu “Vito Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən yolu keçən Ağsu rayon Kəndoba kənd sakini, 53 yaşlı İbadov Səfa Balakişi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.