03 May 2024
Kriminal avtoritet “Emin 444”ü qətlə yetirən şəxs marketdə GÜLLƏLƏNDİ - Hadisə yerindən FOTOLAR

Kriminal avtoritet “Emin 444”ü qətlə yetirən şəxs marketdə GÜLLƏLƏNDİ - Hadisə yerindən FOTOLAR

15 Mart 2022
Baxış: 686

Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.

AJMEDİA.İNFO bildirir ki, “Qafqazinfo” qətlin baş verdiyi yerdən fotolar əldə edib.

Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Xatırladaq ki, qətl gecə saatlarında baş verib. Kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.