02 May 2024
Koronavirusa yoluxanların sayı İndoneziyada da artır

Koronavirusa yoluxanların sayı İndoneziyada da artır

10 İyun 2020
Baxış: 271

İndoneziyada koronavirusa yoluxanların sayı 34 min 316 nəfərə çatıb.

AJM İndoneziya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutka ərzində bu virusa 1241 nəfər yoluxub. Bundan əvvəlki gün isə 1043 nəfərin koronavirusa yoluxduğu bildirilir.

COVID-19 epidemiyasının yayılmağa başlamasından bu günədək 1959 nəfərin həyatını itirdiyi qeyd edilir. Eyni zamanda, son sutka ərzində 40 nəfər ölüb.

Nazirliyin yaydığı məlumata görə, indiyədək həmin virusdan 12 min 129 nəfər sağalıb

Teqlər: Koronavirus