16 May 2024
KİV: Çinin ABŞ-dakı yeni səfiri bu gün Vaşinqtona gələ bilər

KİV: Çinin ABŞ-dakı yeni səfiri bu gün Vaşinqtona gələ bilər

23 May 2023
Baxış: 446

Çinin xarici işlər nazirinin müavini Se Fen Çinin ABŞ-dakı səfiri vəzifəsini icra etmək üçün mayın 23-də Vaşinqtona uça bilər.

Bu barədə bazar ertəsi "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Fenin ABŞ-a gəlişi Pekinin gərginliyi azaltmaqda maraqlı olduğunu göstərə bilər.

Bundan əlavə, yeni səfirin gəlişi ABŞ prezidenti Co Baydenin Yaponiyada Pekinlə münasibətlərin tez bir zamanda yaxşılaşmasına dair bəyanatı fonunda baş verir.

Teqlər: