16 May 2024
İSVEÇ VƏ DANİMARKADA QURANA QARŞI HÜCUMLAR DAVAM EDİR

İSVEÇ VƏ DANİMARKADA QURANA QARŞI HÜCUMLAR DAVAM EDİR

01 Avqust 2023
Baxış: 472

İsveçdəki İraq əsilli Salvan Momika və Danimarkadakı Danimarka Vətənpərvərləri qruplaşmasının üzvləri Quranı yandırmaqla daha bir təxribat xarakterli hərəkət ediblər.

CNN xəbər verir ki, İsveçin paytaxtı Stokholmda parlament binası qarşısında İraq əsilli Salvan Momika və onun dostu Salvan Najem Quranı yandırıblar.

Danimarkanın paytaxtı Kopenhagendə Səudiyyə Ərəbistanı səfirliyi qarşısında irqçi Danimarka Vətənpərvərləri qrupunun üzvləri Quranı yandırıblar. Qrupun yaxın saatlarda müxtəlif nöqtələrdə təxribat xarakterli hərəkətlərini davam etdirəcəyi bildirilib. İrqçi qrup daha əvvəl Türkiyə və Misir səfirlikləri də daxil olmaqla bir çox ölkənin səfirlikləri qarşısında Qurani-Kərimi yandırmışdı.