05 May 2024
İsrailin yeni Prezidenti and içəcək - TARİX AÇIQLANDI

İsrailin yeni Prezidenti and içəcək - TARİX AÇIQLANDI

16 İyun 2021
Baxış: 467

İsrailin yeni prezidenti İshak Hersoq iyunun 7-də and içəcək.

AJMEDİA.info xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, İshak Hersoq İsrail parlamentində and içdikdən sonra dövlət başçısının iqamətgahına gedəcək. Orada ilk dəfə prezidentlərin rəsmi təntənəli əvəzlənməsi mərasimi keçiriləcək.

Qeyd edək ki, İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İshak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İshaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, “Soxnut” yəhudi agentliyinin rəhbəri olub.