05 May 2024
İsrailin Prezidenti İshak Hersoq AND İÇDİ

İsrailin Prezidenti İshak Hersoq AND İÇDİ

07 İyul 2021
Baxış: 937

İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.

Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.

O bu postda Reuven Rivlini əvəzləyib.

İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz.

Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.