03 May 2024
İsrailin hücumlarından narahatıq - RUSİYA

İsrailin hücumlarından narahatıq - RUSİYA

17 May 2021
Baxış: 502

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı qlobal xəbər agentliklərinin ofislərinə hücumları və öldürülən mülki şəxslərin sayının artması bizi narahat edir.

AJMEDİA.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bölgədəki hadisələrin güc ssenarisinə çevrilməsinə imkan verməmək vacibdir”.

O, Orta Şərq dördlüyünün (Rusiya, ABŞ, Avropa Birliyi, BMT) enerji sərf etdiyini, bir çox ölkənin qarşıdurmanı dayandırmaq üçün həm israillilər, həm də fələstinlilərlə təmasda olduğunu bildirib.(axar.az)