02 May 2024
İsrailin Baş naziri Milli Təhlükəsizlik Şurasına yeni rəhbər TƏYİN ETDİ

İsrailin Baş naziri Milli Təhlükəsizlik Şurasına yeni rəhbər TƏYİN ETDİ

12 İyul 2021
Baxış: 718

İsrailin Baş naziri Naftali Bennet bu gün Eyal Xulatanın Nazirlər Kabinetinin Milli Təhlükəsizlik müşaviri və İsrail Milli Təhlükəsizlik Şurasının başçısı təyin edilməsi ilə bağlı qərar imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş Nazirin ofisi açıqlama yayıb.

45 yaşlı E.Xulata “Mossad”da strateji planlaşdırma, siyasət və texnologiya rəhbərliyinə nəzarət də daxil olmaqla, bir sıra rəhbər və inzibati vəzifələrdə çalışıb.

Qeyd edək ki, 3 övlad atası olan Xulata Kfar-Saba şəhərində yaşayır, Tel-Əviv Universitetində fizika üzrə fəlsəfə doktoru və Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə sahibdir.

Hazırkı milli təhlükəsizlik müşaviri və “Mossad” rəhbəri Meir Ben-Şabbat avqust ayının sonuna qədər vəzifəsini icra edəcək.(APA.az)