05 May 2024
İsraildə ÇAXNAŞMA: Gizli təcrübələrini apardığı yerlərin peyk görüntüləri YAYILDI - FOTOLAR

İsraildə ÇAXNAŞMA: Gizli təcrübələrini apardığı yerlərin peyk görüntüləri YAYILDI - FOTOLAR

29 Oktyabr 2021
Baxış: 543

Dünyanın maraq dairəsində olan İsrailin gizli ərazilərinin peyk görüntülərinin üzərindəki məhdudiyyət aradan qalxıb.


AJMEDİA.İNFO haaretz.com-a istinadla xəbər verir ki, sözügedən ərazilərdə gizli təcrübələrin aparıldığı iddia edilir.


Dimona şəhərindəki nüvə obyekti də daxil olmaqla strateji yerlərin ortaya çıxması İsraildə çaxnaşma yaradıb.


İsrail təhlükəsizlik qurumlarını narahat edə biləcək problem təkcə kəşfiyyat məlumatlarının düşmənin əlinə keçməsi deyil, mülki şəxslərin, jurnalistlərin və müstəqil təşkilatların açıq mənbəli məlumat toplamaq qabiliyyətinin artmasıdır.


Qeyd edək ki, fotolar ötən gün mediaya sızdırılıb.