02 May 2024
İsrail XİN rəhbəri Ukraynada - Müharibə başlayandan İLK SƏFƏR

İsrail XİN rəhbəri Ukraynada - Müharibə başlayandan İLK SƏFƏR

16 Fevral 2023
Baxış: 308

İsrailin xarici işlər naziri Eli Koen fevralın 16-da Kiyevə rəsmi səfərə gəlib.

AJMEDİA.İNFO "Jerusalem Post"a istinadla xəbər verir ki, onun Volodimir Zelenski ilə görüşü gözlənilir.

Bu, İsrail rəsmisinin müharibə başlayandan bəri Ukraynaya ilk səfəridir.

Səfər zamanı Koen Kiyevdə müharibə səbəbindən bağlanmış İsrail səfirliyinin işini yenidən açacaq, həmçinin Buça və Babi Yarı ziyarət edəcək.

Bundan əlavə, Eli Koen Ukrayna prezidenti Vladimir Zelenski, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və yəhudi icmasının üzvləri ilə görüşəcək.