03 May 2024
İsrail Səhiyyə Nazirliyi, koronavirus haqqında ikinci halın baş verdiyini bildirdi.

İsrail Səhiyyə Nazirliyi, koronavirus haqqında ikinci halın baş verdiyini bildirdi.

24 Fevral 2020
Baxış: 375

İsraildə ikinci koronavirus hadisəsi aşkarlanıb. Xəstə, keçən həftə Yaponiyadan Daymond Princess gəmisindən evakuasiya edilmiş bir qrup Israil vətəndaşlarında aşkar edilmişdir. İlk qrup yoluxma hadisəsi də bu qrupda aşkar edilmişdir. Həm yoluxmuş, həm də gəminin qalan 9 sərnişini Tel Şomer xəstəxanasının karantin şöbəsinə yerləşdirilmişdir.

Ötən həftə sonu, 200-ə yaxın israilli, 8-15 fevral tarixlərində İsrailə səfər edən Cənubi Koreyadan olan bir qrup zəvvar tərəfindən yoluxma riski səbəbiylə karantinə alınməşdır. Bu qrupdan olan 9 turistin vətənlərinə qayıdarkən bir nəfərdə koronavirus aşkar olunması barədə məlumat yayılmışdır. Səhiyyə Nazirliyi, son iki həftə ərzində Çin, Yaponiya, Cənubi Koreya, Hong Kong, Makao, Sinqapur, Tayland, Tayvan, İtaliya və Avstraliyaya gedən israillilər üçün təcrid rejimini də açıqlayıb. Bundan əvvəl, İsrail Səhiyyə Nazirliyi, bu ölkələrdən müstəqil qayıdan vətəndaşlar tərəfindən iki həftəlik karantin tədbiq edildiyini və bu qaydaların pozulmasının cinayət işinin açılması üçün əsas ola biləcəyi barədə xəbərdarlıq etmişdir.

Teqlər: koronavirus