02 May 2024
İsrail səfirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi - FOTO

İsrail səfirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi - FOTO

27 Yanvar 2023
Baxış: 304

“İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.