03 May 2024
İsrail səfiri Ağdam, Bərdə, Tərtərdə uşaqları Yeni İl hədiyyələri ilə sevindirdi - FOTOLAR

İsrail səfiri Ağdam, Bərdə, Tərtərdə uşaqları Yeni İl hədiyyələri ilə sevindirdi - FOTOLAR

28 Dekabr 2021
Baxış: 824

İsrailin Azərbaycandakı səfirliyi Ağdam, Bərdə, Tərtər rayonlarındakı uşaqlara Yeni İl hədiyyələri verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə səfirlik tviter hesabında məlumat paylaşıb:

“Yeni İli qeyd etmək üçün səfirlik və “Lu-Mun” şirkəti bayram sovqatlarını Ağdam, Bərdə və Tərtər uşaqları ilə paylaşmaq qərarına gəlib. Biz onlara Santa Klaus vasitəsilə kitablar, isti geyimlər, məktəb ləvazimatı, oyuncaqlar və s hədiyyələr göndərdik. Bu uşaqlar ötən il müharibə zamanı çətin dövr yaşayıblar. Biz səfirlik olaraq “Lu-Mun”dakı tərəfdaşlarımızla birgə onlara layiq olduqları dinc, ləyaqətli, şən həyata nail olmaqda kömək olmaq istərdik. Yeni 2022-ci iliniz mübarək olsun!”

İsrail səfirliyi Ağdam, Bərdə, Tərtər rayonlarındakı uşaqlara Yeni İl hədiyyələri verib