03 May 2024
İsrail Prezidentindən Mahmud Abbasa dialoq TƏKLİFİ

İsrail Prezidentindən Mahmud Abbasa dialoq TƏKLİFİ

12 İyul 2021
Baxış: 514

İsrail Prezidenti İshak Hersoq Fələstin lideri Mahmud Abbasa iki tərəf arasında dialoqun yenidən başlatmaq təklifini verib.

AJMEDİA.İNFO xəbər verir ki, Mahmud Abbas iyulun 7-də and içərək rəsmən prezident səlahiyyətlərinin icrasına başlayan İshak Hersoqa zəng edərək onu təbrik edib.

Hersoq verdiyi açıqlamada bildirib ki, Mahmud Abbasla telefonla danışıb və əvvəlki İsrail Prezidentlərinin etdiyi kimi Fələstinlə İsrail arasında dialoqun yenidən başladılması və davam etdirilməsini planladığını qarşı tərəfin diqqətinə çatdırıb.

Prezident dialoqun münasibətləri inkişaf etdirməsi və iki xalq arasında sülhün təmin olunmasına köməklik edəcəyinə ümid etdiyini də qeyd edib.(teleqraf.az)