05 May 2024
İsrail ordusu Livanı BOMBALADI

İsrail ordusu Livanı BOMBALADI

20 Noyabr 2023
Baxış: 343

İsrail Livanda bir çox bölgənin artilleriya atəşi ilə hədəfə alındığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ordudan açıqlama verilib.

Açıqlamada Livandan atılan raketlərə görə İsrailin şimal bölgələrində xəbərdarlıq siqnalının işə düşdüyü bildirilib. Raket hücumları nəticəsində xəsarət alan olmayıb. Qeyd olunub ki, İsrail ordusunun artilleriya bölmələri buna cavab olaraq Livanda bir çox ərazilərə zərbələr endirib. Bəyanatda həmçinin qeyd olunub ki, İsrail ordusu raket atəşi açılan əraziləri hədəf alıb.

Xatırladaq ki, İsrail ordusu ilə “Hizbullah” arasında sərhəddə baş verən qarşıdurmalarda 76 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.