03 May 2024
İsrail müharibələrdə həlak olanların və terror qurbanlarının anım gününü qeyd edir

İsrail müharibələrdə həlak olanların və terror qurbanlarının anım gününü qeyd edir

25 Aprel 2023
Baxış: 436

24213 kişi və qadın yəhudi xalqının müstəqillik hüququnu müdafiə edərək döyüşlərdə həlak olub. Terrorçuların əli ilə İsraildə 4255 dinc sakin və xarici vətəndaşlar həlak olub.

Yəhudi təqvimi ilə İyar ayının dördüncü günü - İsrailin müstəqilliyi şənliyindən əvvəlki gün yəhudi dövlətinin azadlığı, müstəqilliyi və təhlükəsizliyi uğrunda canlarından keçənlərin xatirəsinə həsr olunur.

İsrailin müharibələrində həlak olanların və terror qurbanlarının anım günü və Müstəqillik gününün təqvimlə yaxınlığı yəhudi xalqının milli suverenliyinin bərpası üçün ödədiyi ağır bədəli xatırlatmaq məqsədi daşıyır. Anma Günündə xalq öz ölkələrində yəhudi xalqını qorumaq üçün fədakarlıq edən oğul və qızlara minnətdarlığını bildirir.

Mərasimləri 24 aprel 2023-cü il başlayan Anma Günü (Yom Hazikaron) xalqın kollektiv kədərini və öz yaxınlarını, dostlarını müharibədə itirənlərin şəxsi kədərini birləşdirir. Rəsmi anım mərasimləri saat 20:00-da ümummilli bir dəqiqəlik sükutla, bir dəqiqəlik anım sirenası ilə açılır. Anım Günü mərasimləri İsrailin yüksək rütbəli rəsmiləri, ordu komandirləri və təhlükəsizlik rəsmiləri, həlak olan əsgərlərin və terror qurbanlarının ailələri və dostları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.

.

.

.

Nəsimi Əbilov