05 May 2024
İsrail Latakiya bölgəsindəki raket anbarlarına hücum etdi

İsrail Latakiya bölgəsindəki raket anbarlarına hücum etdi

05 May 2021
Baxış: 1340

Dünən gecə beynəlxalq mətbuatdakı hesabatlara görə, İsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiya limanına bir sıra zərbələr endirib.

Suriya mediası "Hava müdafiə sisteminin aktivləşdirilməsi" xəbərini verib və Suriya ordusu Latakiya bölgəsində bombalanma faktını təsdiqləyib.

Latakiya yaxınlığında, Rusiyanın əsas bazası yerləşir.

Suriya ordusu bildirir: "Hava müdafiə sistemimiz endirilən zərbələr nəticəsində bir neçə raketi təyin edib, bəzi raketlər vurularaq zərərləşdirilib."

Yerli mətbuata görə, İsrail hücumlarının məqsədi "Latakiyada plastik istehsal fabrikləri" olub.

Eləcədə Masaif bölgəsinə zərbələrin endirildiyi bildirilir.

Digər məlumatlarda, plastik istehsal zavodlarının və onlarla birgə iki raketlərlə olan anbarın bombalandığı deyilir.

Hücumlar nəticəsində bir nəfərin həlak olduğu və altı nəfərin yaralandığı qeyd olunub

.Son aylarda İsrail Suriyada İranla əlaqəli hədəflərə qarşı "Kölgə Müharibəsi" ni gücləndirib. İsrail hücumlarının məqsədləri, əsasən hərbi tədqiqat mərkəzləri və Suriyadan Livana qədər olan raketlər daşındığı hərbi kolonlardır.