03 May 2024
İsrail İrana qarşı ABŞ-la ilə birgə KOALİSİYA YARADIR

İsrail İrana qarşı ABŞ-la ilə birgə KOALİSİYA YARADIR

21 İyun 2022
Baxış: 342

İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin Amerika ilə birlikdə İranın mümkün hava hücumlarına qarşı "Yaxın Şərq Hava Hücumundan Müdafiə Koalisiyası" təşkil etdiyini açıqlayıb.

AJMEDİA.İNFO bu barədə Qantz İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı məlumat verib.

"Ötən aylarda İranla mübarizədə qlobal dəstək ala bilmişik. Biz lazım gəldikdə, İrana qarşı hərbi, habelə siyasi və iqtisadi basqılar tətbiq etməliyik", - deyə İsrail rəsmisi bildirib.

O, gələn ay Amerika Prezidenti Co Baydenin İsrailə səfəri zamanı İranla bağlı digər addımların da atılacağına ümid etdiyini vurğulayıb.(sfera.az)