05 May 2024
İsrail HƏMAS-ın 40 yeraltı mövqeyinə ZƏRBƏLƏR ENDİRDİ

İsrail HƏMAS-ın 40 yeraltı mövqeyinə ZƏRBƏLƏR ENDİRDİ

19 May 2021
Baxış: 543

İsrail Hərbi Hava Qüvvələri dünən gecə Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah bölgələrindəki HƏMAS mövqelərinə zərbələr endirib.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin tvitterdəki rəsmi səhifəsində məlumat verilib.

HƏMAS hərəkatının təxminən 40 yeraltı mövqeyinə zərbə vurulduğu bildirilib. 25 dəqiqə davam edən hava hücumunda 52 ədəd İsrail qırıcı-bombardmançı təyyarələri uzaqdan idarə olunan 120 raketdən istifadə edib.

Qeyd edək ki, 10 may tarixindən etibarən Fələstin anklavından İsrail ərazilərinə ən az 3750 raket atılıb, bunlardan 550-si Qəzza zolağında partlayıb, 90 faizi isə İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.