02 May 2024
İsrail fələstinli ailələrin məhbus ziyarətlərini LƏĞV ETDİ - SƏBƏB

İsrail fələstinli ailələrin məhbus ziyarətlərini LƏĞV ETDİ - SƏBƏB

10 Sentyabr 2021
Baxış: 670

“Gilboa” həbsxanasından 6 fələstinlinin qaçmasından sonra İsrail fələstinli ailələrin məhbus ziyarətlərini ləğv edib.


AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Komitəsi yazılı açıqlama verib.

Bildirilib ki, bu qərar İsrail hökuməti “Gilboa” həbsxanasından 6 fələstinlinin qaçmasından sonra verilib.

Həmçinin, fələstinli ailələrinin məhbus ziyarətlərinin sentyabr ayının sonuna qədər təxirə salındığı bildirilib.

Qeyd edək ki, Fələstin Məhbuslar Komitəsi beynəlxalq ictimaiyyəti fələstinli məhbusları qorumağa çağırıb.