02 May 2024
İsrail alimləri: ozon koronavirusu öldürür

İsrail alimləri: ozon koronavirusu öldürür

19 Fevral 2021
Baxış: 1610

İsrail alimləri, bu qazın binaları dezinfeksiya etmək üçün istifadə edildiyi təqdirdə, ozonun koronavirusla mübarizədə təsirli olduğunu təsbit ediblər. Bu tədqiqatların nəticələri artıq dərc edilmişdir. Tel Aviv Universitetinin alimləri və müdiri Dr. İnes Zucker, eləcədə Bar-İlan Universiteti və Ariel Kollecinin Mühəndislik Bölümünun alimləri tərəfindən aparılmışdır.

Yeni koronavirus qapalı məkanlarda ozonla bir neçə dəqiqə ərzində məhv edilə bilər. Bu qazın maye dezinfeksiyaedicilərdən üstünlüyü, çatması çətin olan bütün yerlər və obyektlər daxil olmaqla qapalı yerləri demək olar ki, dərhal təsiredici qabiliyyətindədir.

Ozon uzun müddət suyun təmizlənməsində antibakterial və antiviral vasitə kimi istifadə edilmişdir. İndi binaların dezinfeksiya edilməsində yüksək effektivliyi təsdiq edilmişdir.

Ozon müalicə texnologiyası ucuz və əlverişlidir və xəstəxanalar, məktəblər, otellər və hətta təyyarələri dezinfeksiya etmək üçün istifadə edilə bilər.