05 May 2024
İsrail 28-ə yaxın səfirliyinin işini DAYANDIRDI - SƏBƏB

İsrail 28-ə yaxın səfirliyinin işini DAYANDIRDI - SƏBƏB

05 Aprel 2024
Baxış: 299

İsrail hakimiyyəti İrandan gələn təhdidlərə görə müxtəlif ölkələrdəki 28-ə yaxın diplomatik nümayəndəliyini bağlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

İranın mümkün cavabına qarşı çıxmaq üçün İsrail Müdafiə Ordusu hava qüvvələrinin və hava hücumundan müdafiənin döyüş hazırlığını artırdığı, həmçinin hərbi məzuniyyəti ləğv etdiyi bildirilir.

Bundan bir gün əvvəl “Kan” radioşirkəti də bəzi ölkələrdəki səfirliklərdən İsrail diplomatlarının təxliyə edilməsi ilə bağlı məlumat yayıb. Diplomatik nümayəndələrə də ictimai tədbirlərdə iştirak etməmək tövsiyəsi ilə xəbərdarlıqlar göndərilib.

İsrail ordusunun sözçüsü bildirib ki, ölkə özünə qarşı istənilən təhlükəyə ciddi yanaşır və istənilən ssenariyə hazırdır.

Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum ediblər. Konsulluq tamamilə dağıdılıb. İran Prezidenti İbrahim Rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və beş zabitinin öldürüldüyü Dəməşq konsulluğuna hücuma görə İsrailə qisas alacağını vəd edib.