16 May 2024
İspaniya Ukrayna üçün “qırıcı koalisiyasına” qoşula bilməyəcək

İspaniya Ukrayna üçün “qırıcı koalisiyasına” qoşula bilməyəcək

24 May 2023
Baxış: 455

İspaniya F-16-da ukraynalı pilotlara təlim keçə və bu təyyarələri Ukraynaya təhvil verə bilməyəcək, çünki özünün arsenalında yoxdur.

Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.

Nazir vurğulayıb ki, İspaniya “öz imkanları daxilində Ukraynanı tam və birmənalı dəstəkləyir”. O qeyd edib ki, İspaniyada F-18 və “Eurofighter” qırıcıları var, lakin F-16-ların olmaması bu təyyarələrin təmin edilməsini və ya təlim keçməsini istisna edir.

Onun sözlərinə görə, İspaniya Ukraynaya “imkanlarına uyğun olaraq” dəstək verir və F-16-lar və pilotların hazırlanmasını planlaşdıran digər ölkələrlə həmrəylik nümayiş etdirir.

Teqlər: