03 May 2024
İranlı nazir: “ABŞ-ın neft tankerlərimizə təcavüzünə qətiyyətli cavab veriləcək”

İranlı nazir: “ABŞ-ın neft tankerlərimizə təcavüzünə qətiyyətli cavab veriləcək”

20 May 2020
Baxış: 406

“ABŞ-ın İranın neft tankerlərinə təcavüzünə qətiyyətli cavab veriləcək, bunu amerikalıların özləri də çox yaxşı bilirlər”.

Tehrandan verilən məlumata görə, bunu İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi deyib.

Onun sözlərinə görə, neft tankerlərinə qarşı atılacaq hər hansı addım beynəlxalq qanunlara ziddir.

“Düşünürəm ki, beynəlxalq təşkilatlar və qurumlar ABŞ-ın bu kimi addımlarına qarşı ölçü götürməlidir. Bu, bir növ dəniz piratçılığıdır. Bizim siyasətimiz bu sahədə şəffafdır”, - deyə nazir vurğulayıb.