03 May 2024
İranın pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb

İranın pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb

05 Dekabr 2021
Baxış: 549

İranın mərkəzindəki Çaharmahal və Bəxtiyariyə əyalətlərində pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

AJMEDIA.INFO xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

PUA-nın kimə məxsus olması ilə bağlı hələlik məlumat verilmir.

Hadisədən dərhal sonra yerli sosial şəbəkələrdə vertolyotun pis hava şəraiti səbəbindən qəzaya uğramış pilotsuz uçuş aparatını necə daşıdığına dair videogörüntülər yayılıb.

Fəlakətin baş verdiyi Kuxranq vilayətinin hakimiyyəti videogörüntülərin həqiqiliyini təsdiqləyib, lakin hadisənin digər detallarını açıqlamaqdan imtina edib.

Bəzi məlumatlara görə, pilotsuz uçan aparatı həm İranın "Shahed 171 Simorgh" PUA-sına, həm də ABŞ-ın "RQ-170" PUA-sına bənzəyir. Bu məlumat İran hakimiyyəti tərəfindən rəsmi olaraq təsdiq və ya təkzib edilməyib. (Hüseyn Publika.az)

Teqlər: İran PUA