05 May 2024
İranın paytaxtında PARTLAYIŞ - ÖLƏNLƏR VAR

İranın paytaxtında PARTLAYIŞ - ÖLƏNLƏR VAR

13 Dekabr 2021
Baxış: 622

İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.


AJMEDİA.İNFO “HaberGlobal”a istinadən xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki məlumat verib.


O bildirib ki, partlayış yerli vaxtla saat 18:44-də baş verib. Bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşın göndərilib:


“Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub”.


İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub:


“Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatlarını itiriblər”.