05 May 2024
İranın dini lideri Xameneinin adamının Bakıda qapadılan ofisindən FOTOLAR

İranın dini lideri Xameneinin adamının Bakıda qapadılan ofisindən FOTOLAR

05 Oktyabr 2021
Baxış: 1174

Xəbər verdiyimiz kimi, bu gün İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları ofisin də olduğu Hüseyniyyə məscidinin yerləşdiyi Bakıxanov küçəsinə baş çəkiblər.

Fotolardan da görünür ki, məscid və ofis qapadılıb.

Xatırladaq ki, bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb. Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub.