05 May 2024
İranda vəba xəstəliyi YAYILIR

İranda vəba xəstəliyi YAYILIR

10 Avqust 2022
Baxış: 371

İranda 62 nəfərdə vəba aşkarlanıb.

AJMEDİA.İNFO Haber Global-a istinadən xəbər verir ki, xəstəliklərin demək olar ki hamısı ölkənin qərbində yerləşən Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müşahidə edilib.

Qeyd olunur ki, xəstələrin yarısı qısa müddətdə qonşu ölkələrə səfər edərək geri qayıdıblar.

Son zamanlar İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba xəstəliyinə rast gəlinib və iyunun 21-də Kərkükdə bir nəfərin bu xəstəlikdən öldüyü açıqlanıb.