05 May 2024
İranda son sutkada koronavirusdan 119 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 119 nəfər vəfat edib

22 İyun 2020
Baxış: 385

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 119 nəfər vəfat edib.

AJM-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9 742 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 573 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 207 525 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 166 427 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 2 898 xəstənin vəziyyəti ağır və ya orta ağırdır.

Teqlər: İran