05 May 2024
İranda polislər 22 yaşlı Əminini belə öldürüblər - ANBAAN VİDEO

İranda polislər 22 yaşlı Əminini belə öldürüblər - ANBAAN VİDEO

20 Sentyabr 2022
Baxış: 524

Tehranda 22 yaşlı Məhsa Əmini polislər tərəfindən öldürülüb. Sosial şəbəkədə Xameneyinin əlaltılarının vəhşiliyi qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, "IranWire" adlı sayt Məhsa Əmininin həbsdə olan saxlanılan bacısı Kiaraşın ifadələrini dərc edib. Kiaraşın sözlərinə görə, bacısı ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların yanında dayanaraq Əminini saxlayıb. Ona bildiriblər ki, bacısı "bir saatlıq maarifləndirilmə"dən sonra buraxılacaq.

Məhsa Əmininin ailəsi qızlarının sağlam olduğunu və onun qəfil ürək probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.

Qeyd edək ki, İranda bir neçə aydır ki, hicaba qarşı etirazları keçirilir. Fəallar hicab taxmaqdan imtina edərək, ölkədə məcburi hicab tələbinin ləğvini tələb edirlər.

Həmin görüntüləri sizə təqdim edirik:


(Bizim.Media)