03 May 2024
İran üçün son şans: Generallar müharibə senarisini masaya qoydular – ŞOK GƏLİŞMƏ

İran üçün son şans: Generallar müharibə senarisini masaya qoydular – ŞOK GƏLİŞMƏ

10 Dekabr 2021
Baxış: 763

Bu gün görüşəcək ABŞ və İsrailin müdafiə nazirləri İranla nüvə danışıqlarının bərpası uğursuz olacağı təqdirdə, Tehranın nüvə obyektlərini məhv etmək üçün ən pis senariyə hazır olmasına imkan verəcək hərbi variantları müzakirə edəcəklər.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

İsrailin müdafiə naziri Benni Qantz bu gün Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostinlə görüşəcək. Qantzla görüş Pentaqon rəsmilərinin oktyabrın 25-də ABŞ prezidentinin müşaviri Ceyk Sallivanla brifinqindən sonra planlaşdırılıb. Pentaqon məlum görüşdə Sallivana İranın nüvə silahı istehsal etmək imkanlarını aradan qaldırmaq üçün mövcud olan bütün hərbi variantlar barədə məlumat verib.

“Röyter”in məlumatına görə, ABŞ və İsrailin bu gözlənilməz hazırlığı İranla yeni nüvə sazişi imzalamaq üçün aparılan danışıqların nə qədər çətin olacağı ilə bağlı yaranan narahatlığa cavabdır.

İranla yeni danışıqlar ötən həftə başlayıb. Britaniya Xarici işlər naziri Liz Truss bunun İranın sazişi imzalaması son şansı olduğunu deyib.