05 May 2024
İran İraqda PKK-nı bombaladı - SEPAH MƏLUMAT YAYDI

İran İraqda PKK-nı bombaladı - SEPAH MƏLUMAT YAYDI

09 Sentyabr 2021
Baxış: 561

İran İnqilab Keşikçiləri Qvardiyasının qırıcıları İraqın şimalında terrorçu PKK-nın mövqelərinə zərbə endirib.

AJMEDİA.İNFO “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) yayıb.

Bildirilib ki, əməliyyatda “Şahed-129” pilotsuz uçuş aparatı da iştirak edib.

Məlumata görə, terrorçuların başçılarının toplanma və təlim mərkəzinə 7 raket atılıb: “Mərkəz dağıdılıb, onlarla terrorçu zərərsizləşdirilib və ya yaralanıb”.

Qeyd edək ki, bu günlərdə İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur rəsmi Bağdad və Ərbilə səslənərək İranın təhlükəsizliyini təhdid edən terrorçulara İraqda yer verməməyə çağırmışdı.