03 May 2024
İran hərbi gəmisində baş verən partlayışda həlak olanların sayı 19-a çatıb

İran hərbi gəmisində baş verən partlayışda həlak olanların sayı 19-a çatıb

11 May 2020
Baxış: 644

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin Xalqla Əlaqələr Dairəsindən verilən məlumata görə, Oman dənizində keçirilən tətbiqat zamanı baş verən partlayışda həlak olanların sayı 19 nəfərə çatıb, 15 nəfər isə yaralanıb.

X X X

11:40

İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) Oman dənizində keçirdikləri manevr zamanı partlayış baş verib.

AZƏRTAC İranın HDQ yaydığı açıqlamaya istinadən xəbər verir ki, partlayış “Konarak” hərbi gəmisində olub. Nəticədə 1 dənizçi ölüb, 12 nəfər isə Çabahar şəhərinin xəstəxanasına yerləşdirilib.

Açıqlamada qeyd olunur ki, partlayışın baş vermə səbəbi araşdırılacaq.

Qeyd edək ki, “Konarak” gəmisi hərbi yükləri daşımaq üçün nəzərdə tutulub.