05 May 2024
“İran Azərbaycanı hədəfə çevirə bilməz” - Ərdoğan SƏRT DANIŞDI

“İran Azərbaycanı hədəfə çevirə bilməz” - Ərdoğan SƏRT DANIŞDI

21 Oktyabr 2021
Baxış: 448

“İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı sualı cavablandırarkən deyib.

“Mənim şəxsən belə bir gözləntim yoxdur. Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir. Bu, düşünməyə vadar edir. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”, - deyə Ərdoğan qeyd edib.(qafqazinfo)