03 May 2024
İlham Əliyevə "Qarabağ"ın forması hədiyyə olundu - FOTOLAR

İlham Əliyevə "Qarabağ"ın forması hədiyyə olundu - FOTOLAR

13 Dekabr 2021
Baxış: 612

Azərbaycan Prezidenti İlham Əliyevə “Qarabağ” futbol klubunun forması hədiyyə olunub.

AJMEDİA.İNFO-nun xəbərinə görə, hədiyyəni dövlət başçısına dekabrın 13-də klub prezidenti Tahir Gözəl təqdim edib.

Belə ki, 10 nömrəli formanın üzərində Azərbaycan Prezidenti İlham Əliyevin ad və soyadı yazılıb.

Bundan əlavə, dövlət başçısına UEFA Konfrans Liqasının topu da təqdim edilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.