03 May 2024
“IFA 2020” sərgisi koronavirusa görə ləğv edilib

“IFA 2020” sərgisi koronavirusa görə ləğv edilib

22 Aprel 2020
Baxış: 454

“COVID-19” pandemiyası ilə əlaqədar “IFA 2020” sərgisi ləğv edilib. AZƏRTAC “4pda.ru” saytına istinadla xəbər verir ki, sərginin ləğv edilməsi Berlin hökumətinin oktyabrın 24-dək 5 mindən çox insanın iştirakı ilə keçiriləcək hər hansı tədbirin qadağan edilməsi haqqında qərarı ilə bağlıdır.

Amma təşkilatçılar sərginin keçirilməsindən tamamilə imtina etmək niyyətində deyillər. Onlar 2020-ci ildə texnoloji innovasiyaların nümayişi üçün alternativ variantları nəzərdən keçirirlər. Sərginin yeni formatının elan ediləcəyi gözlənilir.