02 May 2024
“Hokinqin sirli lövhəsi” – Dahi fizik bəşəriyyətdən nəyi gizlədib?

“Hokinqin sirli lövhəsi” – Dahi fizik bəşəriyyətdən nəyi gizlədib?

16 Fevral 2022
Baxış: 410

Tədqiqatçılar 2018-ci ildə vəfat edən ingilis fizik, kosmoloq və astrofizik Stiven Hokinqin ofisindəki lövhəni araşdırmağa başlayıblar.

AJMEDİA.İNFO xəbər verir ki, müəmmalı qeydlərin yer aldığı yazı lövhəsi xüsusi maraq doğurub.

Bu, üzərində qeydlər olan xüsusi lövhədir - 1980-ci ildə Kembricdə keçirilən elmi konfransı zamanı Hokinq ona çoxsaylı rəsmlər çəkib, işarələr qoyub.

Lövhə sənət əsəri hesab olunurdu, amma indi mütəxəssislər onun üzərində elmi məna daşıya biləcək deşifrə edilməmiş qeydlərin olduğunu irəli sürürlər. Tədqiqatçılara görə, lövhədə bəşəriyyətin hələ də açmadığı “Hokinq şifrəsi” var.

Elm adamları “Hokinq şifrəsi”nin açılmasında kömək üçün elm adamlarına müraciət ediblər.

Stiven Hokinqin ofisinin kuratoru Xuan-Andres Leonun sözlərinə görə, 1980-ci ildə keçirilmiş elmi konfransın hələ sağ olan iştirakçıları “şifrə”ni açmağa kömək edə bilərlər. O da mümkündür ki, Hokinqin lövhəsindəki qəribə qeydlərdə heç bir elmi sirr yoxdur, bunlar sadəcə cızma-qara da ola bilər. Buna baxmayaraq, qeydlər araşdırılacaq.(Teleqraf.com)