05 May 2024
Həlak olan əsgər evin tək oğlu idi

Həlak olan əsgər evin tək oğlu idi

09 İyul 2022
Baxış: 375

Azərbaycan Ordusunun dünən avtomat silahdan açılmış atəş nəticəsində həlak olmuş əsgəri barədə yeni məlumat yayılıb.

AJMEDIA.İNFO xəbər verir ki, sosial şəbəkələrdə yayılmış məlumata görə, əsgər Bayramov Hüseyn Ruslan oğlu Laçında xidmət edirmiş. Onun evin tək oğlu olduğu bildirilir.

Qeyd olunur ki, Ruslan dünyaya gələnə qədər ailəsi 11 il övlad gözləyib. 11 ildən sonra doğulan ailənin tək övladının həlak olması Bayramovlar ailəsini dərin üzüntüyə qərq edib.

Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, hadisə iyulun 8-i saat 21 radələrində baş verib.

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır. Gundem.az