05 May 2024
Həkim səhvən xəstənin sağlam gözünü ÇIXARDI

Həkim səhvən xəstənin sağlam gözünü ÇIXARDI

24 İyun 2022
Baxış: 365

Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.

AJMEDİA.İNFO bu barədə "Report"a istinadən xəbər verir.

Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib.

Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.

Teqlər: Slovakiya