03 May 2024
"Haqqınızı halal edin, kral öldü"... - Rövnəq Abdullayev

"Haqqınızı halal edin, kral öldü"... - Rövnəq Abdullayev

02 Aprel 2024
Baxış: 292

"Haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm".


AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Azərbaycan Futbol Federasiyasının sabiq prezidenti Rövnəq Abdullayev AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı bildirib.


"AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. “Kral öldü”, yaşasın yeni kral".