02 May 2024
Hanuka bayramında Bəhramla sevinən uşaqlar

Hanuka bayramında Bəhramla sevinən uşaqlar

06 Dekabr 2020
Baxış: 1289

10 dekabr, axşam, yəhudilərin gözəl Hanuka bayramı başlayır. Bu bayram səkkiz gün davam edəcək və hər gün evlərdə şamlar yandırılacaq. İsrail ilə Azərbaycan arasındakı dostluq ildən-ilə güclənir, çünki ölkəmizdə həmişə yəhudi xalqına böyük hörmətlə yanaşmışlar. Hələ ölkələrimizin adlarının ilk hecalarını birləşdirsək “AZİZ” – “əziz” sözünü alarıq.

Əziz dostlara isə yaxşı hədiyyələr etmək adətdir, buna görə hədiyyələrin ümumiyyətlə uşaqlara verildiyi böyük yəhudi bayramı Hanukada Bəhram əmi İsrail qızlarına və oğlanlarına “Иерусалим для детей” (“Yerusəlim uşaqlar üçün”) kitabını hədiyyə etmək qərarına gəldi! Bu kitab 11 dekabr tarixində kitab mağazalarına satışa çıxacaq.

Hanuka 2020 xalqlarımız üçün çox simvolikdir, çünki bu il Azərbaycan da Qələbə qazandı və torpaqlarını azad etdi və 2020-ci ildəki hər iki qələbəmiz üst-üstə düşdü! 10 dekabr İsrail və Azərbaycanda bayram olacaq! Ədalət mübarizəmizdəki dəstəyinə görə İsrailə çox təşəkkür edirəm! Şolom, Yeruşalaim! Salam, Yerusəlim! Salam, Sülh şəhəri! Sizə 120 il ömür arzulayıram, izraillilər! Lexaim !!!