03 May 2024
Hacı Nuran "Kurtlar Vadisi Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Hacı Nuran "Kurtlar Vadisi Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

19 Aprel 2024
Baxış: 360

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.

AJMEDİA.İNFO bizim.media-ya istinadən bildirir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə "Bugatti" avtomobilini hədiyyə edib.

Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra "Bu, sizə kiçik hədiyyəmdir" sözlərini dilə gətirib. Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib:



"Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun".