03 May 2024
Gürcüstanın Baş naziri ABŞ rəsmisi ilə Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edildi

Gürcüstanın Baş naziri ABŞ rəsmisi ilə Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edildi

04 Noyabr 2021
Baxış: 444

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə səfərdə olan ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olsonla görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

Tərəflər ABŞ-Gürcüstan münasibətləri, Gürcüstanda siyasi vəziyyət, ölkənin işğal altında olan ərazilərində humanitar problemlər, Qara dəniz və Cənubi Qafqazda təhlükəsizlik şəraitini müzakirə ediblər.

Görüşdə regionda sülh və sabitliyin təminatının önəmi vurğulanıb. Bu kontekstdə İ.Qaribaşvilinin BMT-də təklif etdiyi yeni sülh formatı – Dinc Qonşuluq Təşəbbüsü nəzərdən keçirilib və bu prosesə ABŞ və avropalı tərəfdaşların cəlb edilməsinin əhəmiyyəti qeyd olunub.